19.05.2024, 06:36
AZ EN
31.01.2024, 11:50 178

Məmurlar varlanır, əhali daha da yoxsullaşır

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Vaxtanq Siradeğyan bu günkü məqaləsini Ermənistandakı məmur özbaşınalığına və dövlət büdcəsinin mənimləsən həsr edib.

O, yazıb ki, baş nazirin və yüksək rütbəli məmurların istirahəti üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi hər il çoxaldılır. O, etibarlı mənbədən əldə etdiyi məlumata əsaslanaraq əlavə edib ki, bu il həmin vəsait 60 milyon dram, təqribən 150 min ABŞ dolları artırılaraq 603 milyon drama çatdırılıb. Bundan başqa büdcədən demokratiyanın inkişafına dəstək adı altında da mənimsəmə davam edir. Ölkədəki məmurların maaşlarının minimum pensiyanın məbləğindən 15-50 dəfə çox olduğu barədə dəqiq faktlara malik olduğunu bildirən müxbir daha sonra əlavə edib ki, demokratiyaya dəstək üçün xaricdən gələn vəsait də məhz bir qrup məmurun cibinə axır. Sakinlər isə getdikcə yoxsulların. Amma statistikada hər şey tərsinə göstərilir. Müəllif sonda belə qənaətə gəlir ki, yoxsulluğa dözməyən əhalinin bir hissəsi ölkəni dərk etməkdə haqlıdır.

Belə getsə, deyəsən, Qərbi Azərbaycan haysızlaşacaq.

N.Qaramanlı

Oxşar xəbərlər