02.05.2025, 05:02
AZ EN
01.09.2024, 14:33 321

Toivo Klaar bu gün Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi missiyasını başa vurur

XƏBƏRLƏR
  • Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün öz missiyasını başa vurur.

Bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün mənim Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi son günümdür. Demək olar ki, 7 il əvvəl, 2017-ci ilin noyabrında işə başladığımdan bəri çox şey oldu. Bununla belə, bir şey dəyişməz olaraq qalır: Aİ-nin regiondakı qonşularımıza dayanıqlı və ədalətli sülh nail olmaqda kömək etmək öhdəliyi”, - paylaşımda vurğulanıb. (Report)

Oxşar xəbərlər