09.06.2025, 14:48
AZ EN
02.08.2024, 12:54 327

Paşinyan Qaraqoyunluda olub

XƏBƏRLƏR
  • "Hraparak"ın bu gün yaydığı bir xəbərdə baş nazir Nikol Paşinyanın Tauş vilayətinə səfərə çıxarkən öncə Dilican şəhərindəki "Dağlıq Ermənistan" sanatoriyasına gedən yolun yenidən qurulması ilə maraqlanıb.

O, görülən işlərdən narazılığını bildirib. Burada bir maraqlı olay da yaşanıb. Belə ki, Paşinyan fəhlə ilə söhbət edərkən gülümsəyib "bu şəhərdə vaxtilə azərbaycanlılar yaşayırdılar, yolu düzəltməyiblər" - deyə özü də bilmədən hayların buraya da gəlmə olduqlarını etiraf edib.

Xatırladaq ki, Dilican şəhəri məhz Qaraqoyunlu azərbaycanlılar tərəfindən salınıb və Qaraqoyunlu mahalı oradan başlayıb Qazaxa və Göyçəyə qədər uzanıb. Hazırda həmin ərazidə Dilican, Karvansara (İcevan) və Çəmbərək inzibati ərazi vahidləri yerləşir.

N.Qaramanlı

Oxşar xəbərlər