10.10.2024, 15:33
AZ EN
12.09.2024, 17:38 138

Adibekyan: "Bəzi ərazilərin Azərbaycana qaytarılması razılaşdırılıb"

XƏBƏRLƏR
  • "2026-ci ilə qədər bəzi ərazilərin Azərbaycana qaytarılacağı razılaşdırılıb. Bunun əvəzində Ermənistanda hakimiyyətə qarşı ortaya çıxan təhlükələrin hamısı zərərsizləşdiriləcək və Paşinyan hakimiyyətdə qalacaq."

"Vətən səsi" xəbər verir ki, bunu erməni ekspert Armine Adibekyan bildirib. O, deyib ki, hazırda Ermənistanın Baş naziri arxayın şəkildə 2026-cı il seçkilərinə hazırlaşır: "Başda Avropa, Rusiya və Türkiyə olmaqla xarici oyunçular razılığa gəlib ki, Paşinyan 2026-cı ilə qədər hakimiyyətdə olacaq. Bu oyunçuların heç biri Paşinyanın əleyhinə olacaq addım atmayacaq və müxalifətə dəstək verməyəcək. Buna görə də Paşinyan 2026-cı ilə qədər sülh sazişini imzalamaq və cəmiyyətə sülh gətirdiyini göstərmək istəyir".

Erməni ekspert deyib ki,Paşinyan hakimiyyətdə qalmaq üçün Azərbaycan prezidentinin Əliyevin dediklərini təkrarlayır: “Əliyev deyir ki, bizə vasitəçi lazım deyil, Paşinyan bunu təsdiq edir. Azərbaycan lideri açıq şəkildə Ermənistandan tələb edir ki, Göyçəni qaytarsın, Paşinyan bir azdan bunu da dilə gətirəcək. Artıq Vardenis (Basarkeçər) əhalisini saymağa başlayıblar, bu o deməkdir ki, həmin əraziləri Azərbaycana qaytaracaqlar, oradakı əhalini çıxaracaqlar. Tiqranaşen (Kərki) artıq qaytarılmaq üçün hazırdır. Zəngəzur dəhlizi də hazırdır. Dəhlizlə bağlı əsas məsələlər razılaşdırılıb, indi orada kimin dayanacağı müzakirə edilir”.

Elxan SALAHOV

Oxşar xəbərlər