01.08.2025, 18:07
AZ EN
23.01.2025, 15:24 304

Xocalı qatilinə İrəvanda yeni cinayət işi başlanıb

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, bu gün Robert Koçaryanın cinayət işi ilə bağlı növbəti məhkəmə dinləməsi olub. Onun vəkili Aram Vardevantan jurnalistlərə açıqlamasında deyib ki, növbəti dəfə apelyasiya şikayəti edəcəklər. O, əlavə edib ki, məhkəmədə Xocalı qatillərindən olan Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın barəsində də istintaq işinin başlanması qərara alınıb.

Xatırladılır ki, 2008-ci ildə müdafiə naziri olan Seyran Ohanyan martın 1- də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dinc nümayişçilərə atəş açmaq əmri verib və bir neçə nəfər qətlə yetirilib.

Növbəti iclasının vaxtının hələ müəyyən olunmadığını deyən vəkil növbəti mərhələdə Koçaryanla Ohanyanın məhkəmədə bərabər sorğuya tutulacaqlarını istisna etməyib.

Sözügedən ittihamnamə təsdiqlənərsə, S.Ohanyanı 4-8 il əlavə həbs cəzası gözləyir.

Nəsib

Oxşar xəbərlər