18.07.2025, 13:23
AZ EN
04.07.2024, 13:50 346

Amerikadakı haylar siyasi təxribata hazırlaşırlar

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verir ki, iyulun 11-də Amerika erməni assambleyasının  qurultayı keçiriləcək. Tərkibi əsasən Osmanlı imperiyasından köçmüş hayların törəmələrindən ibarət olan bu antitürk qurumun rəhbərliyi qurultayda Bakıdakı təcridxanada olan separatçı terrorçuların azad edilməsi məsələsinin müzakirə olunacağını bildiriblər.

Onlar sırf erməni yalanlarına geniş yer verərək əlavə ediblər ki, guya Bakıdakı təcridxanalardakı haylar terrorçu yox, girov götürülmüş mülki şəxslərdir. Azərbaycan-Ermənistan münasibətləri barədə çoxsaylı qeyri-obyektiv yazılar müəllifi olan Anuş Qavalyan yazıb ki, qurultayda beynəlxalq təşkilatlara müraciət qəbul ediləcək ki, Bakıda saxlanılan bütün haylar Ermənistana göndərilsin. Gerbinin Ağrı dağının təsviri olan və  nizamnaməsində terrorçuluğu siyasi mübarizə forması kimi qəbul edən bu qurumun əsassız tələbinin də kağız üzərində qalacağı şəksizdir.

N.Qaramanlı

Oxşar xəbərlər