Rəsmi açıqlamaya görə iyul ayında vətəndaşlıq almaq üçün 4.300 nəfər müraciət edib və onların 3 min nəfəri artıq istədiklərinə nail olublar. "Həddi-buluğa çatmayanlar isə valideynləri vətəndaşlıq alandan sonra avtomatik olaraq Ermənistan vətəndaşı hesab olunurlar", - deyən miqrasiya və vətəndaşlıq xidmətinin rəisi Armen Qazaryan müxbirə onu da bildirib ki, Qarabağdan gəlib öncə vətəndaşlıq, sonra xarici pasport alanların əksəriyyəti dolanışıq üçün xaricə, xüsusilə Rusiyaya gedirlər.
Görünür bu 3 min nəfər də analoji addım atacaq.
Nəsib Qaramanlı