24.04.2025, 14:33
AZ EN
04.12.2024, 20:16 193

KTMT Ermənistanın təşkilatdan çıxışı ilə bağlı sənəd almayıb

XƏBƏRLƏR
  • Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanla KTMT arasında münasibətlərin dönüşü olmayan nöqtədə olduğunu deyərkən nəyi nəzərdə tutduğu məlum deyil.

Bu barədə “NEWS.ru”ya diplomatik mənbə bildirib.

“KTMT-yə Ermənistanın təşkilatdan çıxışı ilə bağlı sənəd daxil olmayıb. Paşinyanın nədən danışdığını heç kim bilmir”, - o deyib.

Xatırladaq ki, daha əvvəl Paşinyan İrəvanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan həddə çatdığını bildirib. Onun sözlərinə görə, təşkilata qayıtmaq demək olar ki, mümkünsüz hal alıb. (Report)

Oxşar xəbərlər