"Ermənistan bu mövqedən çıxış edir ki, bizim Azərbaycandan heç bir ərazi iddiamız yoxdur. Bəs, siz jurnalistlərin Azərbaycandan ərazi iddiası varmı? Siz deyirsiniz ki, Şuşa Ermənistan ərazisidir? Biz bizim dövlətə aid olanı dəqiqləşdiririk.... Mümkündürmü yeni müharibə olsun? Mümkündür! Mümkündürmü sülh müqaviləsi imzalansın? Mümkündür! Ehtiyac var ki, Ermənistanda bu məsələ soyuq başla, emosiyalarsız başa düşülsün", - deyə o, Ermənistanın öz mövqeyini açıqladığını bildirib və əlavə edib ki, Xankəndidəki separatçıların nə deməsindən asılı olmayaraq bu Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələdir.
N.Qaramanlı