"Hraparak"ın müxbiri Lia Sarkisyan bununla bağlı bir neçə ictimai-siyasi fəalın fikrini öyrənib və "Ermənistanda sosial üsyan üçün əlverişli şərait var" başlıqlı məqaləsində göstərib ki, gediş haqqının artırılması nəticəsində ayda əvvəlki 6 min dram əvəzinə 9 min dram xərclənəcək ki, bu da hər vətəndaşın büdcəsinə xeyli ziyan vuracaqdır.
"Milli irəliləyiş"in üzvü İzabella Abqaryan isə müxbirə bildirib ki, bütün qüvvələr indidən birləşərək gözlənilən qiymət artımına qarşı çıxmasa gələcəkdə yeni sosial bəla ilə üzləşəcəklər. Sürücülərin də etiraz aksiyalarına qoşulmasının vacibliyini xatırladan ictimai fəal təklif edib ki, sürücülərin aksiyaya qoşulması təqdirdə gənclərdən ibarət "müfəttişlər" qrupları yaradılaraq əlavə ödəniş edilməsinin qarşısı alınsın.
Bu təklifin isə polislə qarşıdurmaya gətirib çıxaracağı isə şəksizdir.
N.Qaramanlı