Sülh barədə bəyanatlarının beynəlxalq ictimaiyyəti aldatmağa yönəldiyini göstərir.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Paşinyan dəfələrlə belə fikirlər səsləndirib.
“2020-ci ildən bu günə qədər bu kimi açıqlamaların və bəyənatların davamlı verildiyinin şahidiyik. Ancaq bu günə qədər heç bir addım atılmayıb və mənim də qənaətim ondan ibarətdir ki, bu gün Ermənistan daha çox imitasiya ilə məşğuldur. Özünü elə göstərməyə, təqdim etməyə çalışır ki, guya Ermənistan sülh istəyir. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan sülhə hazırlaşmır, daha çox vaxt udmağa çalışır”, - deyə deputat bildirib. (Trend)