15.01.2026, 15:33
AZ EN
15.01.2026, 08:21 209

Metyu Brayza: TRİPP Azərbaycanın mühüm tranzit dəhlizinin əsas halqalarından birinə çevrilməsinə imkan verəcək

XƏBƏRLƏR
  • ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən yanvarın 13-də imzalanmış TRIPP-in icrası üzrə çərçivə sənədi bir sıra səbəblərə görə mühüm əhəmiyyət kəsb edir.

Bunu açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza (Matthew Bryza) deyib.

O qeyd edib ki, ilk növbədə, bu sənəd Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolunun (TRIPP) və ya digər adı ilə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində ABŞ və Ermənistanın öhdəliyini olduqca konkret şəkildə vurğulayır və sözlərin əməli addımlara çevriləcəyini göstərir.

Müsahibin sözlərinə görə, bu bəyanatın əhəmiyyətli olmasının ikinci səbəbi isə ondan ibarətdir ki, sənəddə açıq şəkildə marşrutun keçəcəyi ərazilər üzərində Ermənistanın tam suverenliyini saxlayacağı vurğulanıb:

"Torpağın 49 il müddətinə icarəyə verilməsi nəzərdə tutulur və bu torpaq açıq şəkildə Ermənistanın suverenliyinin bir hissəsi olaraq qalacaq və ya onun suveren nəzarəti altında olacaq".

M.Brayza hesab edir ki, bu ABŞ ilə Ermənistan arasında imzalanan icra çərçivəsinin irəliyə doğru mühüm addım sayılmasının üçüncü səbəbi sənədin vacib infrastruktur layihəsi üçün maraqlı bir biznes modelini müəyyən etməsidir.

Diplomat onu da diqqətə çatdırıb ki, bu razılaşma Ermənistan və ABŞ hökumətlərinin TRIPP layihəsinin həyata keçirilməsində ciddi niyyətli olduqlarını göstərir:

"TRIPP Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni gücləndirməklə yanaşı, Azərbaycanın Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən, Azərbaycan və Ermənistan ərazisindən keçməklə Türkiyə və daha sonra Avropa və qlobal bazarlarla birləşdirən mühüm tranzit dəhlizinin əsas halqalarından birinə çevrilməsinə imkan yaradacaq. Çərçivə sənədinin əvvəlində də qeyd edildiyi kimi, bu cür əməkdaşlıq Azərbaycan və Ermənistan arasında davamlı sülhün və sülh sazişinin möhkəmləndirilməsi üçün zəmin yarada bilər". (Report)

Oxşar xəbərlər