Müəllif Hasmik Babacanyan yazır ki, 44günlük müharibədə daha çox bütlərdən danışan və bununla da azərbaycanlıların gülüş obyektinə çevrilən baş nazir indi bütün məsələlər barədə açıq-aşkar danışır. Cəmiyyətdə isə Paşinyanı söymək üçün sanki yarışa çıxıblar deyən müxbir onun 4 Azərbaycan kəndi, Avropa İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı barədə dediklərinin daha çox müzakirəyə səbəb olduğunu qeyd edərək yenidən vurğulayıb ki, tarixdə Paşinyan qədər müəmmalı və söyülən rəhbər olmayıb. O, "arsaxı təhvil verdiyi kimi Hayastanı da təhvil verəcək", - deyən müxbir Paşinyanın azərbaycanlıları duz-çörəklə qarşılayacağına inandığını bildirib.
Nə deyirik, təki belə olsun.
Nəsib Qaramanlı