21.11.2024, 23:13
AZ EN
12.05.2023, 15:19 268

Erməni türkoloq qorxu içindədir

XƏBƏRLƏR

Mayın 11-dəki döyüş ermənilər arasında ciddi təşviş yaradıb. Türkoloq Ruben Safrastyan isə bu qorxunu həm də "Hraparak"ın müxbiri Sona Adamyanla bölüşüb. Deyib ki, Rusiyanın başı qarışdığına görə Türkiyə və Azərbaycan regionda söz sahibi olduqlarını daha sərt işlərlə isbatlamaq istəyir. Onun sözlərinə görə, Ermənistan nə qədər cəhd göstərsə də havadarları Türkiyə ilə açıq şəkildə düşmənçilik etməyəcək. Mayın 14-də keçiriləcək seçkilərin həm də Ermənistanın taleyinə təsir edəcəyini proqnozlaşdıran türkoloq bildirib ki, əgər prezident dəyişməsə Ermənistanı daha ciddi sınaqlar gözləyir, ölkənin isə buna nə siyasi, nə iqtisadi, nə də mənəvi hazırlığı yoxdur.

"Nemezis" abidəsinin açılışından dərhal sonra Ermənistana hava yolunun bağlanmasını diqqətə çatdıran türkoloq belə fikirdədir ki, Ermənistana iki tərəfdən təzyiq artdıqca sərhəddə toqquşmalar da artacaq ki, bu da qlobal müharibəyə, nəhayət, erməni dövlətçiliyinin süqutuna gətirib çıxaracaqdır.

Nəsib

Oxşar xəbərlər