22.11.2024, 10:46
AZ EN
20.02.2024, 12:17 268

Ermənilər Ərdoğana həsəd aparır

XƏBƏRLƏR
  • Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya siyasətindəki yeri ermənilərin paxıllığını səbəb olsa da, bu dahi şəxsiyyətə həsəd aparanlar da az deyil. Bu "Hraparak"ın bugünkü sayında yayılmış R.T.Ərdoğanın dediyi "Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ümid işığı olacaq" sözlərinə yazılan şərhdə də aydın görünür. "Hraparak" yazır: "Ermənistanla Azərbaycanın imzalayacağı sülh müqaviləsi, şübhəsiz, dünyada və bölgədə yeni ümid çeşməsi olacaqdır".

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə səfəri zamanı R.T.Ərdoğanla keçirilən birgə mətbuat konfransında hər iki Lider tərəfindən sülh və dinc yanaşı yaşayış barədə fikirlərə erməni mətbuatında birmənalı münasibət olmasa da görünən odur ki, Türkiyə Prezidentinin "Ermənistan bu irəliləyişi dəyərləndirməlidir. Üçüncü tərəfə səslənirəm ki, bu irəliləyişi zəhərləmək əvəzinə müsbət addımlar atsınlar", - sözləri artıq erməni cəmiyyətində geniş müzakirəyə səbəb olub və bəzi siyasi analitiklər ikitərəfli danışıqlar modelinin daha səmərəli olduğunu vurğulamaqla hakimiyyəti bölgədə özəl marağı olanların, xüsusilə cənub qonşunun diqtəsi ilə barışmamağa çağırıblar.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR