"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O, qeyd edib ki, təklif olunan sülh müqaviləsinin məzmunu bütün müddəalar üzrə erməni ictimaiyyətinə açıqlanıb: "Mən müxtəlif vaxtlarda çıxışlarımda həmin məqamlara toxunmuşam, burada məxfilik məsələsi yoxdur, sadəcə diplomatik dürüstlük məsələsi var”.
Ermənistanın Baş naziri əlavə edib ki, Azərbaycanla razılaşdırılmış 13 bənddən ibarət sülh müqaviləsinin etibarlılığına heç kimin şübhəsi olmamamlıdır: "Biz sülh müqaviləsi layihəsində yazılanları, ümumiyyətlə orada əksini tapan müəddəalarla bağlı ictimaiyyətdən heç nəyi gizlətmirik".
Elxan SALAHOV