19.09.2024, 16:43
AZ EN
14.04.2023, 12:25 288

Sabiq spiker müavini müxalifəti qınayır

XƏBƏRLƏR
  • İrəvanın sabiq meri, Ermənistan parlamentinin keçmiş müavini Albert Bazeyan "Hraparak"ın müxbirinə müsahibəsində maraqlı məqama toxunub. Ölkədəki ictimai-siyasi durumu qeyri-stabil adlandıran sabiq spiker müavini "Miasin" hərakatının və digər müxaliflərin aprelin 4-də parlamentin binası önündə etiraz aksiyası keçirib baş nazirin istefasını və Qarabağdakı hay toplumunun "müstəqilliyinin" tanınması üçün qanun qəbul etməsi tələbini xüsusilə indiki reallıqda düşünülməmiş səhv addım adlandırıb. O, deyib ki, bu yeni müharibənin başlanmasına və Ermənistanın məhvinə səbəb ola bilər.

Özünün də üzv olduğu və yüksək vəzifə daşıdığı sabiq iqtidar komandasını Paşinyanın tənqid etməkdə haqlı olduğunu deyən Albert Bazeyan əlavə edib ki, sabiqlər ölkə iqtisadiyyatının çiçəklənməsi, ordunun gücləndirilməsi, demokratiyanın dərinləşməsi və s. üçün islahatların aparılması vacib olduğu halda özünün də tərkibində işlədiyi komanda dövləti başqa üsulla idarə edib və haqlı olaraq istefaya məcbur edilib.

O, müsahibəsinin sonunda belə bir təklif irəli sürüb ki, vəziyyətdən çıxış yolu tapmağın düzgün variantı Paşinyanın yaratdığı klanla müxalifətin səmimi qaydada birgə fəaliyyət göstərməsidir.

Tarixi faktlar isə dəfələrlə sübut edib ki, ermənilər nə fərdi münasibətlərdə, nə də siyasətdə heç vaxt səmimi olmayıb və olmayacaq da.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR