25.04.2024, 20:01
AZ EN
13.03.2023, 11:51 174

Haylar bir-birini təkzib edir

XƏBƏRLƏR

Konfusiya institutunun erməni bölməsinin rəhbəri Qor Sarkisyan 2022-ci ildə yeni redaktə ilə çap olunmuş erməni tarixi əsərinin 1915-ci il hadisələri ilə bağlı hissəsində "soyqırımı" ifadəsinin faciə ilə əvəzlənməsinə kəskin narazılıq ifadə edib. O yazır ki, bu olayla ermənilərin qan yaddaşına böyük zərbə vurmaq istəyirlər. O sözügedən kitabın bütün yerlərdən yığışdırılması və məhv edilməsi üçün göstərdiyi cəhdlərin müsbət nəticə vermədiyini təəssüflə vurğulayaraq hamını ona dəstək verməyə çağırıb.

Tarixi faktlar isə dəfələrlə sübut edib ki, 1915-ci heç bir soyqırımı baş verməyib. Belə uydurma ittiham ilk dəfə 1955-ci ildə SSRİ rəhbərliyi tərəfindən ortaya atılıb. Həmin vaxt guya 300 min hayın soyqırıma məruz qaldığı bildirilirdi. Sonrakı illərdə isə bu saxta rəqəm daha 5 dəfə artırılıb.

Qeyd edək ki, bu sahədə erməni fitnəkarlığı davam etməkdədir.

Nəsib

Oxşar xəbərlər