Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında yazıb.
"Bizim sahibkarlar artıq bu imkandan yararlana bilərlər", – nazir qeyd edib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalı zamanı bu ölkəyə yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarını elan edib. O vaxtdan indiyədək bu istiqamətdə birbaşa və tranzit dəmir yolu daşımaları həyata keçirilir.
Azərbaycandan ilk neft məhsullarının partiyası 2025-ci ilin dekabr ayında Ermənistana çatdırılıb və bu, 1 220 ton Aİ-95 benzini təşkil edib. İkinci və üçüncü partiyalar müvafiq olaraq 9 və 11 yanvar tarixlərində həyata keçirilib. (Report)