22.11.2024, 10:45
AZ EN
02.10.2023, 15:40 317

Sabiq vitse-spiker yeni müharibə istəyir

XƏBƏRLƏR
  • "Daşnaksutyun" partiyasının Ermənistan bölməsinin ali şurasının üzvü, 2018- ci ildəki Paşinyan inqilabından parlamentin sədri müavini olan "Türk Edo" ləqəbli Eduard  Şarmazanov yenidən mətbuatda görünərək ənənəvi sayıqlamalarını yaymağa başlayıb.O,öncə Nikol Paşinyanı və onun komandasını belə demək olarsa, quru yuyub, yaş sərib.

Ermənİstan hakimiyyətinin guya Türkiyənin və Azərbaycanın maraqlarına uyğun siyasət apardığını deyən Edo erməni iqtidarının istefaya göndərilməyəcəyi təqdirdə Qərbi Zəngəzurun da, Göyçənin də Azərbaycanın tərkibinə qatılacağını və Qərbi azərbaycanlılarla məskunlaşdırılacağını bir neçə dəfə təkrarlayıb. Deyib ki, Fransanın Zəngəzurda hərbi attaşesi var və o,vəziyyət barədə mütamadi olaraq prezident E.Makrona məlumat verir, Fransa müdafiə nazirliyi isə lazımi tədbirlər görməkdə, hətta Azərbaycan hücum edərsə, ona qarşı güc tətbiq etməkdə israrlıdır. Ona görə də belə bir sərsəm fikir irəli sürür ki, Ermənistan hakimiyyəti vaxt itirmədən hərbi əməliyyatlara başlamalıdır.

Siyasi fikirləri kimi adi danışıq leksikonu da iyrənc olan bu sabiq vitse-spiker "Hraparak"ın bu günkü sayında yayımlanmış çıxışının sonunda hakim komandaya bir ismarıc da unvanlayır. Həmin ismarınc isə belədir: "Niyə Türkiyədən danışmırsınız, ay türkün əlaltıları? Sizə  insan və erməni deyənin..."
Göründüyü kimi, o, siyasi savadsızlığı ilə yanaşı əxlaqsızlığı ilə də gündəmdə olmaq istəyir və Ermənistanı yeni müharibəyə səsləməklə ləqəbinin önündəki təyinedici sözü unutdurmaq istəyir.
Yeri gəlmişkən bir daha xatırladaq ki, Edonun atası Libarit iki il Qaraqoyunlunun Çaykənd kənd orta məktəbində təyinatla rus dili müəllimi işləyib və Voronejdən gətirdiyi Vera adlı qadınla həmin kənddə Tapdıq adlı gənc azərbaycanlını qonşuluğunda yaşayıb. Eduard isə eynilə Tapdığa oxşadığından ona uşaqlıqdan "Türk Edo" deyilib. Necə deyərlər, babalı Veranın boynuna.
Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR