- İrəvan bələdiyyəsinin memarlıq və şəhərsalma departamentinin keçmiş rəhbəri Andranik Kasaryan 140 milyon dramdan çox (təxminən 378 min dollar) dəyərində paytaxt əmlakının qanunsuz leqallaşdırılmasında ittiham olunur.
Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat verib.
Keçmiş məmura qarşı dörd maddə üzrə cinayət işi açılıb; materiallar baxılmaq üçün məhkəməyə göndərilib. (Report)