Bu barədə məlumat erməni KİV-də yayılıb.
Qeyd olunub ki, hadisə ötən gecə baş verib. Ermənistanda yerləşən restoranlardan birində içkili halda olan Tiran Xaçatryan masa arxasında yaranan mübahisə zamanı silahını çıxarıb və atəş açmağa başlayıb. Nəticədə mübahisə iştirakçılarına heç bir aidiyyəti olmayan bir şəxs yaralanıb.
Xaçatryanın hadisədən sonra gizlənsə də, o ələ keçib. Yaralanan şəxs xəstəxanaya çatdırılıb. Onun Qarabağ ermənisi Hrayr Mnatsakanyan olduğu üzə çıxıb. (Trend)