"Hraparak"ın bu günkü sayında dərc olunmuş məqalə də bunu isbatlayır. Qeyd olunub ki, Avropa İttifaqının baş sözçüsü Piter Srano sözügedən qurumun hərbi struktur olmadığını desə də Ermənistanın "təhlükəsizliyi" ilə bağlı gərəkən addımı atmaqda davam edəcək. Guya siyasi və iqtisadi dəyərlərə malik olan bu qurumun artıq 1,5 ildir ki, Ermənistanda "müşahidə" fəaliyyəti isə onun öz nizamnaməsini özünün pozduğunu açıq-aşkar göstərib. Erməni hərbçilərlə hansısa Avropa dövlətinin birgə hərbi təlimlər keçirməsi işinə qarışmağa haqları olmadığını bildirən qurum sözçüsünün Fransa-Hayastan bacılarının münasibətlərinə də qarışmamağı bildirməklə ikiüzlü davranışlarına bəraət qazandırmağa çalışıb.
Bu məqamda bir el məsəli yada düşür: it itin ayağına basmaz.
Nəsib