16.12.2024, 20:41
AZ EN
21.06.2024, 15:10 296

Ermənistan hakimiyyəti "arsax" ifadəsini qadağan edir

XƏBƏRLƏR
  • Keşiş Bağratın baş nazirin istefasına nail olmaq üçün başçılıq etdiyi qanunsuz aksiyalar səngidikdən sonra təhlükəsizlik şurasının dünənki iclasında mətbuatda "arsax" uydurma sözünün işlədilməsi barədə də razılığa gəlinib.

Bu gün isə separatçı rejimin vaxtilə özünün "nümayəndəliyi" adlandırdığı binanın qapısı xüsusu polis qüvvələri tərəfindən möhürlənmiş və buraya girişin qadağan olduğunu bildirən bildiriş yapışdırılıb. "Hraparak" əlavə edib ki, artıq "arsax nümayəndəliyi" adlı nə ofis, nə də qurum mövcud deyil. Bununla bağlı etiraz edənlər isə inzibati məsuliyyətə cəlb olunacaqlar.

Görünür, Ermənistan hakimiyyəti gec də olsa etiraf edir ki, "arsax", doğrudan da, cəhənnəmə gedib.

Nəsib

Oxşar xəbərlər