19.09.2024, 16:41
AZ EN
01.05.2024, 09:42 260

Paşinyan üstüörtülü danışmağa öyrəşib

XƏBƏRLƏR
  • Bu fikir Tauşun Kirans kəndinin sakinləri ilə görüş zamanı onun işlətdiyi ifadələrdən sonra yaranıb.

Kənd sakinlərindən biri "Hraparak"ın əməkdaşı ilə söhbətində deyib ki, çoxları başa düşməsə də mən başa düşürəm ki, baş nazir Azərbaycanın təkidli tələbləri qarşısında çıxılmaz duruma düşüb. O istəmir ki, yenidən silahlar işə düşsün və gənclər həyatlarını itirsinlər. Digər sakin isə bildirib ki, əgər sərhədlərin delimitasiya və demarkasiyası aparılarsa öz evinin qarşısında post qurulacaq və bəlkə də, orada düşmən tankı dayanacaq. Sərbəst, rahat hərəkət etməyə imkanı olmadığına görə başqa yerə köçməyə məcbur olacaqdır. Ermənistana silah, hərbi texnika verənlərə inanmamağı məsləhət görən Artaşes adlı hay isə bir qədər əsəbi danışaraq Paşinyana inanmamağı tövsiyə edib. Deyib ki, o, üstüörtülü və ikibaşlı danışmağa alışıb. Bu gün bir, sabah isə başqa söz deyir. Bütün bunlar isə onun əlacsızlığından əmələ gəlib.

Xatırladaq ki, 2019-cu ildə "yeni ərazilər uğrunda yeni müharibə" tezisi irəli sürülərkən baş nazir Nikol Paşinyan "yalnız irəli " deyərək əlini Leninsayağı irəli uzatmışdı. İndi isə hayların çoxunun dediyi kimi "zadnı" verir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR