19.09.2024, 19:55
AZ EN
01.04.2024, 12:31 264

A.Mirzoyan ənənəvi böhtanla danışıb

XƏBƏRLƏR
  • Ermənistanın baş diplomatı Ararat Mirzoyan Buenos Ayresdə Argentinanın "Todos Noticias" televiziyasına verdiyi müsahibədə Argentina və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışarkən Azərbaycanın ünvanına qarayaxmalarla da haylığını sübut edib.

O, deyib ki, guya Qarabağdan ermənilər zorla çıxarılıb və Azərbaycan Ermənistanın "suveren ərazilərinin" bir hissəsini də tutub.

"Əlbəttə, çətinliklər var, müharibə çağırışları var. Amma biz inanırıq ki, Azərbaycanla sülh müqaviləsinə nail olmaq mümkündür... 1991- ci il Alma-ATA bəyannaməsinə əsaslanaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin dəqiqləşdirilməsi mümkün hesab olunur", - deyə o əlavə edib.

Bu müsahibədən də göründüyü kimi, bütün hallarda erməni təxribatçılığına haqq qazandırmağa cəhd edən baş diplomatın sözü ilə əməli heç vaxt uyğun olmur.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR