"Lurer.com" xəbər agentliyi etibarlı mənbəyə istinadən yayıb ki, bu günlərdə Ermənistanda Rusiyanın cənub hərbi dairəsinin hava hücumundan müdafiə və qırıcı-bombardmançı təyyarələrinin bir həftəlik təlim məşqləri keçiriləcək. Təlimlərdə məqsəd şərti düşmənə həm gecə, həm də gündüz avia zərbələr endirilməsidir və burada əsasən MİQ döyüş təyyarələri iştirak edəcək. Agentlik öz mənbəyinə istinadən iddia edir ki, təlim başa çatdıqdan sonra həmin təyyarələr öz heyəti ilə birlikdə Ukraynaya döyüşə yola düşəcək.
Nəsib