19.10.2024, 23:35
AZ EN
29.12.2023, 13:49 158

Ermənilər hər şeyi tərsinə görür

XƏBƏRLƏR

Ermənilərin mentalitetlərinin  yalnız mənfi xüsusiyyətlərdən ibarət olması barədə çoxsaylı faktlar mövcuddur. "Hraparak"ın müxbiri Narek Harutyunyan "Mişustin və Əsədov hansı məsələləri müzakirə ediblər" başlıqlı məqaləsində Rusiya Federasiyası hökumətinin mətbuat xidmətinə istinadən yazıb ki, Rusiyanın baş naziri Mixayıl Mişustin və Azərbaycanın baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Onlar sənaye, ticarət, nəqliyyat sahələrindəki ikitərəfli və MDB çərçivəsində əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu, əlbəttə, təbiidir, belə müzakirələrin aparılması heç də yenilik deyil. Amma bu adi xəbərdə də erməni xisləti açıq-aydın görünür. Belə ki, o, daha sonra erməniliyin, necə deyərlər, kartını da açır: sözügedən rəsmi xəbəri guya şərh edirmiş kimi yazır ki, tərəflər üçün Qarabağdan köçən ermənilərin taleyi maraqlı deyil və bu erməni xalqını saya-hesaba almamaq qənaətini yenə sübut edir.

Bax, burada Məşədi İbadın "heç hənanın yeridir?" məşhur ifadəsi yada düşür.

N.Qaramanlı

Oxşar xəbərlər