16.03.2026, 19:19
AZ EN
16.03.2026, 17:52 5

Hikmət Hacıyev: ""Azıx" mağarasında tədqiqatlar davam edir"

QARABAĞ
  • “Azıx” mağarasında yerli və beynəlxalq alimlər tərəfindən tədqiqatlar davam edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında etdiyi paylaşımda bildirib.

"Azıx mağarası Qafqazda və ümumilikdə Avrasiyada ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur. Hazırda burada həm beynəlxalq, həm də yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam edir. Bu araşdırmaların Neandertalların və Homosapienslərin fəaliyyətləri barədə, o cümlədən onların bölgədə birgə və ya paralel şəkildə yaşamış ola bilmələri ehtimalı haqqında mühüm məlumatlar ortaya qoyacağı gözlənilir”, - Hikmət Hacıyev qeyd edib. (APA)

Oxşar xəbərlər