26.07.2025, 04:22
AZ EN
09.08.2024, 10:27 337

Zatulin hayları qorxaq adlandırıb

XƏBƏRLƏR
  • Ukrayna ordusunun Kursk vilayətinə zərbəsindən sonra olaya münasibət bildirən Rusiya Dövlət Dumasının MDB işləri üzrə komissiyanın sədr müavini K.Zatulin deyib ki, Rusiya ərazisinə hücum olduğuna görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müharibəyə qatılması qanunauyğun olardı.

O, bununla bağlı xüsusi müraciətə ehtiyac olmadığını da diqqətə çatdırıb. Əlavə edib ki, qazaxlar, ermənilər özləri seçim etməlidirlər. Erməni ordusunun döyüşə bilmədiyini, mövqeni atıb qaçacağını xatırladan deputat  onların qorxaqlığını sətiraltı bildirib.

Bu xəbəri yayan "Hraparak" əlavə edib ki, Paşinyan hakimiyyəti Zatulinə Ermənistana girişi qadağan edəndən sonra o mövqeyini dəyişib və fürsət düşdükcə hayları tənqid edir.

N.Qaramanlı

Oxşar xəbərlər