22.11.2024, 04:27
AZ EN
02.05.2024, 14:27 285

Deputatın köməkçisi həbs edildi

XƏBƏRLƏR
  • Ermənistan parlamentindəki müxalif "Hayastan" fraksiyasının üzvü, sabiq prezident Robert Koçaryanın oğlu Levon Koçaryanın köməkçisi Artur Sukoyan jurnalisti döydüyünə görə həbs edilib.

"Hraparak"ın bu gün günorta yaydığı xəbərdə belə deyilir. Əlavə olunub ki, hökumətə yaxın "Civus.am"ın jurnalisti Tauşdakı iğtişaşların rəhbəri keşiş Baqrat Srpazanı təhqir etdiyinə görə Deputat Levon Koçaryanla aralarında mübahisə yaranıb. Həmin jurnalist şikayət edərək deputat və onun köməkçisi tərəfindən döyüldüyünü bildirib. Polislər parlamentə gələrək araşdırma aparıb və deputatın köməkçisini həbs ediblər. Levon Koçaryan isə bununla bağlı narazılığını bildirib və köməkçisini dəstəklədiyi barədə FB-da paylaşım edib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR