Bu addım şirkətin milliləşdirilməsinə gətirib çıxara biləcək proseduru işə salır.
Buna əsas kimi parlamentin qəbul etdiyi "Energetika haqqında" və "Dövlət Xidmətlərini Tənzimləyən Komissiya haqqında" qanunlara edilən dəyişikliklər göstərilib. Yeni qaydalara əsasən, enerji şirkətinin hərəkətləri enerji sisteminin təhlükəsizliyinə təhlükə törədirsə, istehlakçıların hüquqlarını və ya lisenziya tələblərini pozarsa, tənzimləyici inzibati icraata başlamaq hüququna malikdir.
Əgər şirkət lisenziyadan könüllü imtina edərsə, komissiya onu fəaliyyətini davam etdirməyə və ya idarəetməni müvəqqəti inzibatçıya təhvil verməyə məcbur edə bilər.
Günel QULİYEVA