05.02.2025, 20:51
AZ EN
14.01.2025, 13:25 223

Konstitusiyada dəyişiklik ediləcək

XƏBƏRLƏR
  • Ermənistanın ədliyyə naziri Srpuhi Qalyan bu gün ötən ilin yekunları ilə bağlı yekun mətbuat konfransı keçirib. O, 2024-cü ili hüquqi-normativ sənədlərin qəbulu, qanunlara nəzarət baxımından səmərəli il adlandırıb.

Ermənistan konstitusiyasında əlavə və dəyişikliklərin edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, gələn ilin yayında parlament seçkiləri keçiriləcək. Yeni parlament formalaşandan sonra isə ölkənin konstitusiya və konstitusiya məhkəməsi ilə bağlı layihələrin müzakirəsi aparıldıqdan sonra referendum keçiriləcək. Bu zaman hansı əlavə və dəyişikliyin olacağını indidən deməyin mümkün olmadığını bildirən ədliyyə naziri əlavə edib ki, guya referendum əhalinin xoşbəxt gələcəyini təmin edəcəkdir.

Məlum olduğu kimi, Ermənistan konstitusiyasında Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddiaları vardır və bunun ləğv edilməsi danışıqlarda əsas mövzulardan biridir.

Hayların sözügedən referendumda hansı nəticəni göstərəcəyi isə əlbəttə, bizim üçün çox önəmlidir.

N.Qaramanlı

Oxşar xəbərlər