20.10.2024, 09:29
AZ EN
06.04.2024, 10:24 239

Haylar "cəsus" nağılı uydurublar

XƏBƏRLƏR
  • "Lurer.com" "Hraparak"ın müxbirinə istinadən xəbər yayıb ki, ermənilərin mütləq əksəriyyəti  Qarabağı könüllü tərk etsə də qohumlarının təkidli xahişlərinə baxmayaraq arvadı ilə birlikdə Xankəndidə qalan, amma aprelin əvvəllərində Ermənistana gələn Sarkus Qalustyan dərhal xüsusi xidmət əməkdaşları tərəfindən saxlanılıb və barəsində cəsusluq maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Əlavə olunub ki, o Xankəndidə separatçı rejimin başçılarından olan və hazırda Bakıda istintaq təcridxanasında saxlanılan Bako Sahakyanla kirvə olduğuna görə onun evində yaşayıb. Məqsədi isə, özünün dediyinə görə, Qarabağdan köçən ermənilərin xeylisinin rus sülhməramlılarının vasitəsi ilə yenidən bölgəyə qayıdışına inamı olub. S.Qalustyan Xankəndidə olduğu müddətdə dəfələrlə qohumları ilə əlaqə saxlayıb, onları inandırmağa çalışıb ki, köçənlər də qayıdacaqlar və o, buradakı  rəhbərlikdə işləyəcək. Amma  bunun belə olmadığını yəqinləşdirdiyinə görə arvadı ilə birlikdə Qırmızı Xaç Komitəsinin vasitəsi ilə Ermənistana getməyi qərara alıb və yuxarıda da qeyd olunduğu kimi onun barəsində cinayət işi açılıb.

Göründüyü kimi, haylar həm də "cəsus nağılı" uydurmaqda öndə gedirlər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər