31.07.2025, 21:48
AZ EN
27.06.2024, 12:21 395

Təhlükəsizlik sistemində dəyişikliklər edilir

XƏBƏRLƏR
  • Bu gün baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistan hökumətinin növbəti iclası keçirilir. "Hraparak"ın müxbiri Karen Martirosyanın yazdığına görə, iclasda 3-ü qapalı olmaqla 40-dan çox məsələ barədə danışılıb.

Artıq milli təhlükəsizlik xidmətinin əməkdaşlarının attestasiya məsələsi barədə qərar qəbul edilib. Bu qərar 2023-cü dekabrın 11-də qəbul olunmuş qanunun tələblərinə uyğunlaşdırılıb və əməkdaşların attestasiya müddəti, attestasiyadan keçməyənlərin vəzifəsindən azad edilməsi, kadrların mükafatlandırılması, sərəncam götürülməsi və s. tam aydın göstərilib. Qeyd olunub ki, attestasiyadan uğurla keçə bilməyənlər yeni attestasiya üçün ildə 2 dəfə deyil, 1 dəfə müraciət edə bilərlər. Sözügedən qərarın dövlət gəlirlərində və xərclərində dəyişiklərə səbəb olmayacağı da diqqətə çatdırılıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR