20.09.2024, 01:44
AZ EN
14.06.2023, 15:03 226

Paşinyan və Overçuk nəyi müzakirə ediblər?

XƏBƏRLƏR

"Hraparak" hökumətin məlumatına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan Rusiya Federasiyasının baş nazir müavini Aleksey Ovarçukla görüşüb. Baş nazir qeyd edib ki, Rusiya və Ermənistanın münasibətləri yüksələn xətt üzrə inkişaf edir, həmçinin 2020-ci il  9 noyabr tarixli üçtərəfli bəyanatın həyata keçirilməsi istiqamətində işlər görülür. O, əmin olduğunu bildirib ki, ikitərəfli və regional əməkdaşlıq bundan sonra da davam etdirilməlidir.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, bu yaxınlarda Soçidə RF və Ermənistan liderləri arasındakı görüş mənalı məzmunu ilə tərəflərin münasibətlərinin uğurla inkişaf etdiyini göstərdi. Ötən beş ayda qarşılıqlı ticarət dövriyyəsinin 96 faiz çoxaldığını, Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərindən ibarət işçi qrupunun fəaliyyətinin səmərəli olduğunu vurğulayan A.Overçuk infrastrukturun açılmasının tərəflərin suveren hüquqları çərçivəsində baş tutacağına əminliyini ifadə edib.

Görüşdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan da iştirak edib.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR