03.05.2025, 18:50
AZ EN
09.01.2025, 12:59 216

Мarqarita Simonyan ərini ölüm yatağına salıb

XƏBƏRLƏR
  • Azərbaycana, Türk dünyasına, Ukraynaya qarşı apardığı təxribat dolu fəaliyyətinə görə hayların sevimlisinə çevrilən, rus jurnalist Svetlana Samoylovanın təbirincə desək, peşəkatlığı ilə  deyil, məhz yaltaqlığı və hiyləgərliyi ilə 31 yaşında RT-nin baş redaktoru təyin edilən Marqarita Simonyanın əri aktyor və teleaparıcı Tiqran Keseobyan  klinikada komada, ölümcül vəziyyətdədir.

"Hraparak" bu xəbəri tanınmış jurnalist, ictimai xadım Ksenya Sobçakın Teleqram kanalındakı paylaşımına istinadən yaydığını bildirib.

Əlavə olunub ki, Marqarita Simonyan bu olayı jurnalistlərdən gizli saxlamağa çalışsa da alınmayıb.

Ukrayna mətbuatına istinadən xatırladaq ki, Marqarita Simonyan özündən xeyli böyük olan Tiqranla gizli sevgi macəraları yaşadıqdan sonra onun ailəsinin dağılmasına səbəb olub və nikahsız doğulan iki uşağı var.

Tiqranın məhz Marqaritanın deyingənliyi səbəbindən koma vəziyyətində olduğunu bildirən sözügedən mənbənin bildirdiyinə görə, həkimlər onun sağalmasına ümid etmədiklərini gizlətməyiblər.

N.Qaramanlı

Oxşar xəbərlər