11.07.2025, 21:39
AZ EN
21.01.2025, 11:50 475

Haylar yenə hay-həşir salıb

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Marianna Qəhrəmanyan bu günkü məqaləsində Türkiyə tərəfindən beynəlxalq axtarışa verilmiş, Ermənistanda həbsdə olan İbrahim Kaymak və Ercan Yılmazın Türkiyəyə təhvil verilməsindən yazıb.

O, qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında qarşılıqlı hüquqi yardım barədə rəsmi sənəd olmasa da bu işə görə Türkiyə Ermənistanın mövqeyindən razılıq ifadə edib və münasibətlərin inkişaf edəcəyinə əminlik ifadə edib. Ermənistan XİN də oxşar mövqe sərgiləyib. Tərəflərin bu mövqeyi Haylar arasında narazılıq, yeni vay-şivən yaradıb. Revanşçılar deyiblər ki, Türkiyənin axtarışa verdiyi şəxslərin öz ölkələrinə göndərilməsi hakimiyyətin bu sahədə də oyuncaq olmasını sübut edir. Digəri isə hesab edir ki, Ermənistan yeri gələrsə Türkiyədən analoji addım tələb etməyə haqlıdır. Cəmiyyəti qaranlıq fikirlərlə çaşdırmağa öyrəncəli olan hayların bu dəfəki açıqlamaları isə yenidən belə qənaəti təsdiqləməyə əsas verir ki, haylar humanizm duyğularından məhrum toplumdur.

Nəsib Qaramanlı

Oxşar xəbərlər