Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu cür təlimlərin keçirilməsi istənilən halda vəziyyətin stabilləşməsinə və regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə səbəb olmayacaq", - Kreml nümayəndəsi deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi ABŞ-Ermənistan birgə təlimlərinin keçiriləcəyi barədə bəyanat yayıb. Məlumata görə, təlimlər 11-20 sentyabr tarixlərində Ermənistan ərazisində keçiriləcək. (Trend)