19.04.2025, 16:42
AZ EN
06.02.2024, 16:03 355

Yepiskop erməni xəstəliyindən müalicə yolunu göstərib

XƏBƏRLƏR
  • Dünyada məlum olan, amma müalicəsi hələ də tam mümkün olmayan erməni xəstəliyi son vaxtlar bəzi ermənilər tərəfindən də qəbul edilir.

"Hraparak"ın bugünkü sayında "Erməni xəstəliyi barədə Acapahyanın nəzəriyyəsi" başlıqlı yazı da deyilənləri təsdiq edir. Qeyd olunub ki, erməni kilsəsinin Şirak bölməsinin başçısı arxiyepiskop Mikael Acapahyan keçən istirahət günlərində QALA TV-yə müsahibə verərkən reallığı əks etdirən məqamlardan danışıb. Onun 25 dəqiqəlik çıxışı birmənalı qarşılanmasa da bir çox meyarlara görə diqqətçəkəndir. Din xadimi vurğulayıb ki, dünyada erməni xəstəliyi deyilən bir xəstəliyə  yalnız erməni geni daşıyanlar yoluxurlar və onlar həyatda çox şeyə nail olmaq istəsələr də özlərinin xarakteri nəticəsində bədbəxtliyə düçar olurlar. Günahı isə xoşları gəlməyən adamlarda, xalqlarda görürlər.

Ermənistan cəmiyyətində hazırda belə vəziyyət olduğunu deyən din xadimi bundan çıxış yollarını da göstərib. Onbir təklifdən ibarət olan həmin çıxış yollarından biri məhz türklərə nifrətin aradan qaldırılmasına nail olunması barədədir. Bundan başqa emosionallıq, başqasının təhrikinə uymamaq, reallıqla barışmaq, toxgözlülük, hadisələrə obyektiv baxış da tövsiyə olunur. Vurğulanır ki, məhz bütün bunlara əməl olunsa, erməni xəstəliyi yoxa çıxa bilər.

Nə deyirik, təki sözügedən xəstəlik ləğv olunsun,yoxsa ömürlük başları yumruq altında olacaq.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR