13.03.2025, 05:23
AZ EN
24.04.2023, 15:49 160

Ermənilərin "genosid" şousu davam edir

XƏBƏRLƏR

Ermənistanın müxalifətçi "5-ci dalğa" televiziyasının bu gün saat 15-dəki "Xəbərlər" proqramı 24 aprel 1915-ci olayları barədə növbəti şousunu davam edərək tarixi həqiqətləri erməni sayağı şouya çevirdi. Aparıcının suallarını cavablandıran ermənilər indi "Ccernakabert" deyilən qədim Çiçəkli məkanında hələ SSRİ dönəmində uydurma "erməni soyqırımı" abidəsinin özlərinin milli birlik rəmzi olduğunu bildirməklə əlavə etdilər ki, hazırda hakimiyyət bu birliyi təmin edə bilmir. Bütün ermənilərin katalikosunun iqtidar rəsmiləri ilə bir yerdə gəlib ehtiram bildirməməsi isə birliyin olmamasını bir daha təsdiq edir. Azərbaycan və qardaş Türkiyənin ünvanına ənənəvi əsassız ittihamlarla çıxış edən ermənilər Laçında yoxlama-keçid postunun qurulmasının guya ermənilərin hüquqlarını pozması kimi qiymətləndirməsi və bunun üçün Fransa xarici işlər nazirliyinin bəyanat yaymasının, molla rejiminin növbəti sərsəmləməsinin heç bir mənasının olmadığını, Azərbaycanın getdikcə irəliləyərək Ermənistanı diz çökdürəcəyini də vurğulayıblar.

Müxbirin sözlərinə görə "24 aprel soyqırımı" şousu bəzi ölkələrdə də keçirilir. Baş rollarda isə yenə də İran və Fransanın siyasi şoumenləridir.

N.Qaramanlı

Oxşar xəbərlər