22.11.2024, 10:44
AZ EN
17.04.2024, 11:48 273

Paşinyan Əskiparaya gedib

XƏBƏRLƏR
  • Otuz ildən çoxdur ki, erməni işğalında olan Əskipara kəndinin Azərbaycanın tələbinə uyğun olaraq geri qaytarılması erməni cəmiyyətində birmənalı qarşılanmayıb.

"Lurer com" xəbər verib ki, bu gün baş nazir Nikol Paşinyan həmin kəndə yola düşüb. Onunla birlikdə xeyli hüquq mühafizə orqanlarının əməkdaşları da var. Agentliyin məlumatına görə, baş nazir burada qeyri-qanuni məskunlaşmış ermənilərlə danışıqlar apardıqdan  sonra Tauş vilayətinin sakinləri ilə də görüşüb mövcud durum barədə fikir mübadiləsi aparacaqdır. Agentlik əlavə edib ki, baş nazirin sözügedən bölgəyə səfərindən xəbər tutan müxalifət liderləri - həmin bölgədən olan Qarnik Danielyan, həmçinin Seyran Ohanyan, Tiqran Abrahamyan və Geğam Manukyan səhər tezdən oraya yola düşüblər. Xatırladaq ki, deputat Geğam Manukyanın qardaşı, özünü müdafiə ordusunun komandiri kimi təqdim edən "general" David Manukyan bir günlük antiterror əməliyyatı zamanı həbs edilərək Bakıya gətirilib və hazırda istintaq təcridxanasındadır. Agentlik Əskiparada hakimiyyətlə müxalifət arasında toqquşma olacağını da istisna etməyib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR