16.09.2024, 23:14
AZ EN
08.12.2023, 10:09 277

Ermənistanda “Honkonq qripi”nə yoluxma halları artıb

XƏBƏRLƏR
  • Ermənistanda kəskin respirator virus infeksiyalarına (ARVI) yoluxma hallarında artım qeydə alınıb. Bu ölkədə həmçinin A tipli qrip - H3N2 (“Honkonq qripi”), B tipli qrip və COVID-19 halları da qeydə alınıb.

Ermənistan KİV xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölkədə kəskin respirator virus infeksiyaları arasında RS virusu (respirator sinsitial infeksiya), rinovirus və koronavirus (SARS-COV-2) geniş yayılıb.

Qeyd edilib ki, koronavirusla bağlı vəziyyət stabilləşib. Oktyabrın 20-dən dekabrın 4-dək COVID-19-a 165 yoluxma halı qeydə alınıb. (Report)

Oxşar xəbərlər