Azərbaycanla yeni müharibə olacağı təqdirdə qorxub-qorxmayacağıq barədə sualı cavablandıran N.Paşinyan deyib ki, dünya yaranandan müharibələr də var. Kimsə sərvətlərə nail olmaq, ərazi tutmaq üçün, kimsə də özünü müdafiə etmək üçün müharibə edir.
Ermənistan da bu yolu keçib deyən baş nazir ermənisayağı bicliklə bildirib ki, ölkəsində guya demokratik islahatlar aparılır müharibə istəmirlər. Müharibə olacağı təqdirdə isə müdafiə olunmaq haqlarından istifadə edəcəklər. Sonra isə əlavə edib ki, tarixdə məğlub olduqdan sonra güc toplayıb düşmənə qələbə çalınması barədə çoxsaylı faktlar mövcuddur. Bu fikir isə deməyə əsas verir ki, ermənilər revanşçılığı təkcə müxalifət düşərgəsində deyil, həm də rəsmi dövlət siyasətində təbliğ etməkdədir.
Müsahibədə diqqətçəkən cavablardan biri də Ermənistanın Roma statusunu təsdiqləyib ona qoşulması ilə bağlıdır. N.Paşinyan müxbirin "Putin Ermənistana gələrsə, həbs edilə bilərmi?"- sualı ilə bağlı deyib ki, guya Ermənistan 2018-ci ildən sonra demokratik dövlətdir və burada hər iş qanunlarla həyata keçirilir. Ona görə də Putin Ermənistana gələcəyi təqdirdə həbs olunub olunmayacağını prokurorluq orqanları həll edəcəkdir. Əgər qanun tələb edirsə Roma statusunun icrası həyata keçiriləcək deyən baş nazir Putin Ermənistana gələrsə həbs ediləcəyini istisna etməyib.
N.Qaramanlı