09.06.2025, 22:49
AZ EN
13.01.2025, 15:30 306

Qızıl alverçiləri aksiyaya başlayıb

XƏBƏRLƏR
  • "Hraparak"ın verdiyi xəbərə görə, Ermənistanda qızıl biznesi ilə məşğul olan şəxslər hökumət binasının önündə etiraz aksiyalarına başlayıblar.

Onlar bildiriblər ki, aksiyaya səbəb hökumətin sözügedən sahə ilə bağlı qərarda verginin xeyli artırılmasını qəbul etməsidir. Əvvəllər 5 kq qızıl məmulatı üçün vergi 5 faiz, sonra 10 faiz olduğu halda yeni qanunda bu rəqəm 20 faizdən də çox nəzərdə tutub deyən aksiyaçılar baş nazirin qəbuluna düşüb əvvəlki qaydanın saxlanılmasına nail olmaq istəyirlər. Sonda əlavə olunub ki, aksiyaya sözügedən bizneslə məşğul olmayan digər vətəndaşların da qoşulacağı istisna edilmir.

N.Qaramanlı

Oxşar xəbərlər