19.10.2024, 20:39
AZ EN
14.03.2024, 11:49 232

Ararat Mirzoyan nə ilə öyünəcək?

XƏBƏRLƏR
  • "Hraparak"ın əməkdaşı Lusine Şahverdiyan bu başlıqla yayılmış məqaləsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana növbəti tənqidlər ünvanlayıb. O, yazır: "Cümə günü, martın 15-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentə gedəcək. Həmin gün xarici işlər naziri  parlamentin xarici əlaqələr daimi komissiyasının iclasında hökumətin 2023-cü il proqramının yerinə yetirilməsinin nəticələrini təqdim edəcək. Bu  yeni teatr tamaşasına bənzəyəcək".

Nazirin Qarabağın separatçılardan təmizlənməsində hakimiyyəti deyil, yenə də Rusiyanın sülhməramlılarını günahkar elan edəcəyi qənaətinə gələn müxbir əlavə edib ki, qlobal böhran şəraitində Ermənistanın təhlükəsizlik məsələsi hələ də  öz həllini tapmayıb. 2020, 2021, 2022-ci illərdə olduğu kimi 2023-cü ildə də xaricə səfərlər, açıqlamalar, xahiş olunan dəstək səmərə verməyib. Avropa İttifaqı, KTMT, Rusiya barədə səslənən fikirlər bir-birini təkzib etdiyinə görə hakimiyyətdəkilərə xalqın inamını sındırıb və bu durumda gələcəyə olan ümidlər də tükənib. Xarici işlər nazirini fantastik manipulyator adlandıran müxbir sonda vurğulayıb ki, onun fəxr etməyə heç bir əsası yoxdur və başqa işlə məşğul olsa daha yaxşıdır.

O, düz deyir, amma bir həqiqəti yazmağı unudub: erməni hansı vəzifədə olsa da erməniliyini unutmur və uydurmalarla, yalanlarla, yaltaqlıqla bir-birindən geri qalmamağa çalışır.

N.Qaramanlı

Oxşar xəbərlər