Aydın görünür ki, Ermənistan parlamenti sədrinin qayınanasının rəhbərliyi ilə fəaliyyət göstərən sözügedən media qrupunun əməkdaşı Hasmik Babacanyanın təhlil etdiyi mövzu ilə bağlı müxtəlif mənbələrdən daxil olmuş dəlilləri vardır və o bu faktlardan peşəkarlıqla istifadə edərək, el təbirincə desək, nə şişi yandırır, nə də kababı.
O, yazır ki, Paşinyan iqtidarınadək "Hayastan" fondu müxtəlif xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurdu və hər bir tədbirdə şəffaflıq təmin olunurdu. "Mənim addımım" fondu yarandıqdan sonra isə sözügedən məsələyə yalnız bir neçə nikolçu nəzarət edir.
Cari il martın 8-də bir neçə ərsiz qadın və ataları müharibədə ölmüş qızlar üçün bayram hədiyyəsi təqdim edən nikolçular yenə də fondun vəsaitini mənimsəmişlər. Anna Hakopyanın xüsusi payı olan həmin fonda hökumətin də özünün "və sair xərclər " bölümündən vəsait ayırdığını vurğulayan müəllif onu da diqqətə çatdırıb ki, müxalifət partiyalarının liderləri məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirməklə öz işlərini bitmiş hesab edirlər. Müəllif daha sonra yazır ki, bütün bu söz-söhbətlər hürən itin dişləmədiyi barədə məsəlin həyati təzahürüdür və Paşinyan bunu yaxşı bildiyinə görə onlara baş qoşmur.
Nəsib Qaramanlı