09.06.2025, 10:39
AZ EN
07.03.2025, 11:40 239

Hay xalqı virusun içindədir

XƏBƏRLƏR
  • Bu fikir  Hayastanın səhiyyə nazirinin birinci müavini Lena Nanuşyanın  "Hraparak"ın bu başlıq altında paylaşdığı yazıda vurğulanıb.

Nazir müavini 2019-cu ildə geniş yayılmış virusların bu gün də azalmamasını xatırladaraq əlavə edib ki, sözügedən durumun yaranmasında və inkişafında əhalinin özü də günahkardır. Onun sözlərinə görə gigiyenik qaydaların tətbiqi, demək olar ki, heç yanda gözə dəymir. Əhali səhiyyə işçilərindən narazılıq etsələr də, öz vecsizliyindən danışmaq belə istəmir. Müxaliflər isə mövcud durumdan öz siyasi mənafeyinə  uyğun bəhrələnmək istəyindədir. Ona görə də əhalidə həm də "siyasi viruslar" baş alıb getməkdədir. 44 günlük müharibədən sonra yaranmış revanşçı 5165 adlı hərəkatın da siyasi virusdan əmələ gəldiyini deyən nazir müavini, belə davam edərsə,virusların ölkəni məhv edəcəyi qənaətinə gəlib.

Nə deyirik, təki o deyən olsun.

Nəsib

Oxşar xəbərlər