İqtisadi məsələləri tənzimləyən qanunda da boşluqlar olduğunu xatırladan V.Bostançıyan əlavə edib ki, sözügedən sahədə də islahatlar aparılmasına ehtiyac var. O, deyib ki, hökumət ordunun gücləndirilməsi üçün işlər getdiyini hər dəfə eyni pafosla təkrarlayır, amma heç kəs bu fikrə etiraz edib demir ki, iqtisadiyyat çökübsə, ordunu hansı vəsaitlə gücləndirəcəksiniz? Bu gün Ermənistana silah verənlər sabah pullarını tələb edəndə nə deyəcəksiniz?
İqtisadçı "düşmən qonşumuz iqtisadiyyatını durmadan inkişaf etdirir və bizdən yeni ərazilər tələb edir" - deyərək əgər belə davam edərsə Ermənistanın öz içindən məhv olacağını istisna etməyib.
Nə deyirik, təki belə olsun.
Nəsib Qaramanlı