22.11.2024, 21:30
AZ EN
27.06.2024, 20:23 276

Ermənistan XİN: KTMT qarşısında heç bir maliyyə öhdəliyimiz yoxdur

XƏBƏRLƏR
  • Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyinə təşkilatın 2024-cü il büdcəsini imzalamayacağı barədə rəsmi məlumat verib.

Bu barədə yerli “Factor.am” portalının sorğusuna cavab olaraq Ermənistanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

“Ermənistan Respublikası KTMT Katibliyinə KTMT-nin “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarını imzalamaqdan və bu qərarda nəzərdə tutulan təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyi barədə rəsmi məlumat verib. Bu səbəbdən də ölkə sözügedən qərarda nəzərdə tutulan maliyyələşdirmə ilə bağlı heç bir öhdəlik götürməyib”, - XİN-dən vurğulanıb.

Xatırladaq ki, daha əvvəl Rusiya XİN KTMT Nizamnaməsinə uyğun olaraq Ermənistanın maliyyə öhdəliklərinin qaldığını bəyan etmişdi. (Report)

Oxşar xəbərlər